İnsan hüquqlarının müdafiəçisi ER-AB İnsan hüquqları ətrafında dialoqunun iclasında DQ-dan məcburi köçürülmənin humanitar nəticələri təqdim edib

ER İnsan hüquqlarının müdafiəçisi Anahit Manasyan Yanvarın 18-də ER-AB İnsan hüquqları ətrafında dialoqunun 13-cü iclasında iştirak edib. Bu haqda İHM ofisindən bildiriblər.
ER nümayəndə heyəti Ermənistan Respublikası Xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan, AB nümayəndə heyəti isə AB Xarici fəaliyyətin avropalı xidməti üzrə şöbəsinin rəhbəri xanım Dorota Dluçi-Suligia başçılıq edib.
Gender bərabərliyi, ayrı-seçkiliyə yol verilməməsi, toplaşmaq azadlığı, söz və məlumat azadlığı, milli azlıqların, qaçqınların hüquqları, eləcə də əmək hüquqlarının möhkəmləndirilməsi və bir sıra digər məsələlər müzakirə edilib.
İclas çərçivəsində, İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Strategiyadan irəli gələn 2023-2025-ci illər üçün fəaliyyət planının qəbul edilməsinin vacibliyi xüsusi vurğulanıb.
Çoxtərəfli platformalarda, xüsusilə BMT, ATƏT və Avropa Şurası çərçivəsində qarşılıqlı əlaqəni möhkəmləndirmək öhdəliyi təsdiq edərək insan hüquqları və əsas azadlıqlarla bağlı məsələlərə yönəlmiş əməkdaşlığı müzakirə edilib.
ER nümayəndə heyəti AB tərəfdaşlarına yuxarıda qeyd olunan məsələlərlə bağlı Ermənistanın əl atdığı addımları və gedən işləri təqdim edib.
Bu kontekstdə, Anahit Manasyan konkret sahələrdə hüquqların müdafiəsi sisteminin inkişafı və möhkəmləndirilməsi üçün görülməli olan tədbirləri xüsusi vurğulayaraq sahələrin təkmilləşdirilməsi istiqamətində atılan addımları təqdim edib.
2023-cü ilin Sentyabrında Azərbaycan tərəfindən Dağlıq Qarabağda geniş miqyaslı hərbi hücümü, sonrakı məcburi köçürülmənin humanitar nəticələri və insan hüquqları baxımından irəli gələn problemlərə xüsusi toxunulub.
100 mindən çox qaçqının təcilli ehtiyacları ünvanlamaq və onların sosial-iqtisadi inteqrasiyasını asanlaşdırmağa yönəlmiş ortamüddətli perspektivdə əhəmiyyətli dəstək tələb edən səylər müzakirə edilib.







