
Xarici işlər naziri Ararat Mirzoyan noyabrın 9-da üçtərəfli bəyanatın ləğvinin məqsədəuyğunluğuna toxunub. Alınan məlumata görə, mətbuat konfransı zamanı Mirzoyan qeyd edib ki, bütövlükdə işə yaramayan bir şeydən imzanı geri götürmək çətindir.
“Əgər üç tərəfdən ikisi bir sıra bəndlər üzrə həmin bəyanatı pozubsa, söhbət nədən gedir? Hər halda, Ermənistan Respublikası öhdəliklərinin üzərinə götürdüyü hissəyə daima sadiq olub və bu gün də sadiq olaraq qalmaqdadır”.
“Təəssüflər olsun ki, digər iki tərəf belə davranmadı və sübutlar görünən və hiss olunandan daha artıqdır, o cümlədən, ilk növbədə, Dağlıq Qarabağ və Laçın arasındakı dəhlizlə bağlı” –deyə Mirzoyan bildirib.
Xarici işlər naziri vurğulayıb ki, Ermənistan Respublikası heç bir dəhlizin yaradılması ilə bağlı heç bir öhdəlik götürməyib.
“Nə noyabrın 9-dakı bəyanatın 9-cu bəndiylə, nə də növbəti 11 yanvar bəyanatına görə, nə də sonrakı bəyanatla o, heç bir öhdəlik götürməyibdir” – deyərək Mirzoyan bildirib.
Xarici işlər naziri vurğulayıb ki, Ermənistan Respublikası nəinki buna hazırdır, həm də regionun nəqliyyat və iqtisadi infrastrukturlarının blokdan çıxarılmasına nail olmaqda maraqlıdır.







