
Ermənistan hökuməti Avropa İttifaqının müşahidə missiyasının statusu haqqında sazişin ratifikasiyası məsələsini müzakirə edəcək. “Armenpress”in məlumatına görə, məsələ ER hökumətinin iclasının gündəliyinə daxil edilib.
“Təklif olunan hüquqi akt 20 noyabr 2023-cü ildə imzalanmış “Ermənistan Respublikası ilə Avropa İttifaqı arasında Avropa İttifaqının Ermənistandakı missiyasının statusu haqqında” sazişi ratifikasiya etmək üçün nəzərdə tutulub”, – deyə layihədə bildirilir.







