BaşlıcaSiyasət

Ermənistan təyyarələrinin Türkiyə hava məkanından keçməsinə qoyulan qadağa aradan qaldırılmayıb

Ermənistan qeydiyyat nömrəli təyyarələr üçün Türkiyə hava məkanından tranzit uçuşlarına qoyulan qadağa aradan qalxmayıb. Bu barədə “Radar Armenia”nın sorğusuna cavab olaraq mülki aviasiya komitəsi məlumat verib və qeyd edib ki, məsələnin həlli üçün bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlara, xüsusən də Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO), Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına məktublar göndərilib.

Eyni zamanda qeyd olunan məsələ ilə bağlı Türkiyə tərəfi ilə heç bir danışıqların aparılmadığı bildirilir.

Xatırladaq ki, 2023-cü ilin may ayında Türkiyənin xarici işlər naziri Çavuşoğlu bəyan etmişdi ki, Türkiyə öz hava yolunu, o cümlədən Ermənistan hökumət təyyarələri üçün bağlayır. Qeyd edək ki, aprelin 29-da Türkiyənin aviasiya orqanları əvvəlcədən xəbərdarlıq etmədən “Flyone Armenia” aviaşirkətinə Türkiyə hava məkanı vasitəsilə Avropaya uçuşlar həyata keçirmək üçün əvvəlcədən verdiyi icazəni ləğv edib.

Bundan əvvəl, 2022-ci ilin iyununda Ermənistan və Türkiyə quru sərhədini üçüncü ölkə vətəndaşları üçün mümkün qədər tez açmaq barədə razılığa gəlmişdilər.

Daha çox göstər
Back to top button