BaşlıcaSiyasət

Mirzoyan:  “Ermənistan üçün Azərbaycanla danışıqların formatı prinsipyal deyil, prinsipyal olan məzmundur”

Ermənistan üçün Azərbaycanla danışıqların formatı prinsipyal deyil, prinsipyal olan məzmundur.

Bu haqda Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında jurnalistin danışıqlar və ya vasitəçilərlə birbaşa təmaslar barədə sualını cavablandırarkən qeyd edib:

“Bu məsələ bizim üçün əsas məsələ deyil. Bu danışıqların məzmunu fundamentaldır, bu danışıqların aparılmalı olduğu prinsiplər əsasdır” – deyərək Mirzoyan bildirib.

Xarici işlər nazirinin sözlərinə görə, görüşlər, o cümlədən sülh sazişinin mətni üzrə danışıqlar arzu olunarsa, həm vasitəçi, həm də birbaşa adlandırıla bilər.

“Əsasən, müxtəlif partnyorlar görüşdə bizə kömək etdilər, görüşləri təşkil etdilər. Bəzi hallarda üçtərəfli görüşlər keçirildi və ya ayrı-ayrı formada təkliflər verildi.

Amma eyni zamanda, demək olar ki, bunlar birbaşa danışıqlar idi, çünki əsas hissəni hər iki tərəf aparıb” – deyə Ermənistanın Xarici işlər naziri bildirib.

Ermənistan danışıqları davam etdirməyə hazırdır.

Daha çox göstər
Back to top button