BaşlıcaSiyasət

Qardman-Şirvan-Naxicevan: Azərabaycan tərəfindən DQ-ın birtərəfli məskunlaşdırması siyasəti üçtərəfli bəyanatının pozulmasıdır

Qardman-Şirvan-Naxicevan Ümumerməni birliyi Azərbaycan tərəfindən Dağlıq Qarabağda həyata keçirilən birtərəfli məskulaşdırmaq siyasəti toxunaraq bəyanat yaymışdır.

“Azərbaycan Dağlıq Qarabağın öz nəzarəti altında olan ərazilərinin davamlı və birtərəfli məskunlaşdırması siyasətini davam edir ki, bununla da Noyabrın 9-nun üçtərəfli bəyanatının 7-ci bəndini pozur. 

Sonuncu güman edirdi ki, “daxili məcburi köçmüş şəxslər və qaçqınlar BMT Qaçqınlar üzrə Ali komissarının ofisinin nəzarəti altında keçmiş DQMV-nin ərazisi və ətrafındakı rayonlarına qayıdırlar”.

Lakin Azərbaycan Dağlıq Qarabağdan 2020-ci ilin 44-günlük müharibəsindən sonra məcburi koçmüş erməni əhalisinin qayıtmaq prosesinə nəinki  töhfə verməyib yaxud təşəbbüs göstərməyib, həm də praktikada 3 il ərzində bütün Dağlıq Qarabağı ermənilərdən boşaldılaraq 2023-cü ildə ümumilikdə Dağlıq Qarabağın qalan hissəsində yaşayan 100 mindən çox etnik ermənilərini etnik təmizləməyə məruz qoyub.

Paralel olaraq, Azərbaycan birtərəfli qaydada nəzarəti altında olan ərazilərdə erməni qaçqınları tərəfindən tərk edilmiş yaşayış məntəqələrində heç bir nəzarəti olmadan  şəxsiyyəti və mənşəyi naməlum şəxslərin məskunlaşdırılmasını sürətləndirməkdə davam edir və bu prosesi “vətənə qayıdış” və ya “tarixi ədalətin bərpası” kimi təqdim edir.

Lakin bu cür pafoslu ifadələr altında Azərbaycan təbliğat maşını bütöv problemlər toplusunu qablaşdırır. İlk növbədə, beləliklə, Azərbaycan məcburi köçkün ermənilərin geri qayıtması halında hər hansı təhlükəsizlik təminatının verilməsi istisna edərək, bütün Dağlıq Qarabağda yalnız azərbaycanlı demoqrafik şərait yaratmağı məqsədi daşıyır. Digər tərəfdən, Dağlıq Qarabağda kimin məskunlaşması hələ də problemlidir.

Xüsusən də keçmiş DQMV-nə bitişik rayonların keçmiş sakinlərinin əksəriyyəti hələ də məskunlaşmayıbdır. Belə olan  halda sual yaranır: Yaxşı, Azərbaycan nə üçün təkcə ermənilərin deyil, həm də öz vətəndaşlarının  həmin əraziyə  girişinə icazə vermir?

Qardman-Şirvan-Naxicevan ümumerməni birliyi BMT Qaçqınlar üzrə Ali komissarının ofisinə müraciət edir ki, Azərbaycan tərəfindən Dağlıq Qarabağın işğal olunmuş ərazilərində birtərəfli məskunlaşdırmaq hərəkətlərdən xəbərdardırlarmı və buna nəzarət edirlərmi, kimi məskunlaşdırdıqlarını bilirlərmi və nəhayət, Azərbaycan bu hərəkətə niyə birtərəfli qaydada başlayıb?”

Daha çox göstər
Back to top button