BaşlıcaSiyasət

Yanvarın 27 və 28-də Avropanın 14 ölkənin 50-dən çox şəhərində Artsax naminə tədbirlər keçiriləcək

“Avropalılar Artsax naminə” Ümumavropa hərəkatı Artsaxın(Dağlıq Qarabağ) etnik erməni əhalisinə dəstək tədbirləri təşkil edir. Tədbirlər Yanvarın 27 və 28-də Avropanın 14 ölkənin 50-dən çox şəhərində keçiriləcək.

Tədbirlərin Avstriya, Belçika, Bolqarıstan, Kipr, Çexiya, Fransa, Almaniya, Yunanıstan, Rumıniya, İspaniya, İsveç, İsveçrə, Hollandiya və Birləşmiş Krallıqda keçirilməsi planlaşdırılır.

Avropa Birliyi və Avropa Şurasına üzv ölkələrinin vətəndaşları fərqli aksiya və toplaşmalar vasitəsiylə gücləri birləşdirəcəklər və öz dövlətlərinin və AB-nin rəhbərlərini çağıracaqlar ki:

•           Azərbaycanın Artsaxın(Dağlıq Qarabağ) etnik erməni əhalisinə qarşı soyqırım siyasətini aydın və birmənalı şəkildə mühakimə etmək,

•           Azərbaycanın Laçın dəhlizinin qaunsuz blokadası, atəşkəsin pozulması, Sentyabrın 19-da hücümü və Azərbaycanın Artsaxın(Dağlıq Qarabağ) etnik erməni əhalisinə qarşı etnik təmizləmə həyata keçirdiyində daxil olan  hərbi-siyasi rəhbərliyinə qarşı fərdi hədəfləmə sanksiyalar təyin etmək,

•           Azərbaycanı 2020-ci ilin Sentyabrın 27-dən bəri bütün erməni əsirləri, mülki girovları, hərbi əsirləri, eləcə də 2023-cü ilin Sentabrın sonunda Artsaxın(Dağlıq Qarabağ) oğurlanmış keçmiş və indiki rəhbərlərini dərhal və qeyd-şərtsiz azad etməyə məcbur etmək üçün bütün mövcud təsir imkanları tətbiq etmək,

•           Artsaxın(Dağlıq Qarabağ) etnik erməni əhalisinə öz vətəninə qayıtmaq  ayrılmaz hüququndan istifadə etməyə imkan verərək, eləcə də Artsaxa(Dağlıq Qarabağ) beynəlxalq zəmanətli özünüidarə statusunun verərək və bu hüququ dəstəkləyərək təhlükəsizliyin beynəlxalq gözə çarpan təminatlarının yaradılmasına töhfə vermək,

•           Ermənistan Respublikasına qarşı hər hansı təcavüz vasitəsini və Ermənistanın suverenliyinə təhlükə yaradan hər hansı hərəkəti istisna etmək üçün Azərbaycana təsirli şəkildə təzyiq göstərmək,

•           Ermənistana Artsaxdan(Dağlıq Qarabağ) məcburi köçkün düşmüş erməni əhalisinin axınını idarə etmək üçün müvafiq yardımla təmin etmək.

“Avropalılar Artsax naminə” platforması haqqında ətraflı məlumat üçün europeansforartsakh.eu saytına daxil olun.

“Avropalılar Artsax naminə” Avropa Birliyinin və Avropa Şurasının 15 üzv dövlətində fəaliyyət göstərən erməni icmasının nümayəndəlik orqanlarını birləşdirən ümumavropa əməkdaşlıq platforması  hərəkatıdır.

“Avropalılar Artsax naminə” hərəkatının ilk təşəbbüsü Artsaxın(Dağlıq Qarabağ) erməni əhalisini dəstəkləmək üçün AB rəhbərliyinə yönəlmiş məktubu olub. Məktubu 500-dən çox Avropa asosiyasiyalar imzalayıblar.

Platformanın missiyası Artsaxın(Dağlıq Qarabağ) etnik erməni əhalisinin fundamental hüquqlarını dəstəkləmək, eyni zamanda Avropanın siyasi, sosial və mədəni sahələrində bu məsələ ilə bağlı məlumatlılığı artırmaq üçün vətəndaşları səfərbər etməkdir.

Daha çox göstər
Back to top button