Başlıcaİctimaiyyət

Yazda Ermənistan bir ayla Mars tədqiqat mərkəzinə çeviriləcək

Ermənistanın Avstriyadakı səfirliyində 2024-cü ildə Ermənistanda Erməni Kosmik Forumu və Avstriya Kosmik Forumunun (OeWF) əməkdaşlığı ilə keçiriləcək “AMADEE-24” Marsa doğru 14-cü Beynəlxalq simulyasiyasının erməni və Avstriya təşkilati qruplarının üzvlərini qəbul ediblər.

Səfir Papikyan öz sözundə sevinclə qeyd edib ki, yazda Ermənistan bir ay müddətində Mars tədqiqat mərkəzinə çevriləcək. “AMADEE-24” simulyasiyasının vacib elmi və təhsil əhəmiyyətini vurğulayan səfir, Ermənistanı qəbul edən  ölkə kimi seçdiyi üçün Avstriya Kosmik Forumuna təşəkkürünü bildirib.

AMADEE -24 təlimləri 2024-cü ilin Mart ayında keçiriləcək. Simulyasiya çərçivəsində beynəlxalq şəxsi heyəti bir ay ərzində Marsdakı yaylaları xatırladan qayalı yüksək yaylada məşq edəcək.

Bu, OeWF tərəfindən həyata keçirilən 14-cü simulyasiya olacaq. Onlar ərzində gələcəkdə Marsa tədqiqat missiya göndərmək üçün texnologiyalar sınaqdan keçirilir.

Missiyalar materialları sınamağa, sistem qüsurlarını təhlil etməyə və həllər tapmağa kömək edir.

Missiya heyəti artıq müəyyənləşib. Modelləşdirmədə Avstriya, Almaniya, İsrail, İtaliya və Böyük Britaniyadan iki qadın və dörd kişi iştirak edəcək. Missiyaya rəhbərlik edən ilk qadın almaniyalı Anika Mehlis olacaq.

2023-cü ilin Aprel ayında Avstriya Kosmik forumunun nümayəndə heyəti Ermənistandakı AMADEE-24 yerləşdirmə sahəsini ziyarət edib.

Daha çox göstər
Back to top button