Başlıcaİctimaiyyət

Alman avtomobil sənayesi təhlükə altındadır!

Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini məhdudlaşdıran AŞPA-nın son iclasında Azərbaycan üzrə məruzəçinin Almaniya nümayəndəsi olduğu üçün deputat Tahir Rzayev bildirib ki, Almaniyadan avtomobillərin idxalını məhdudlaşdırmaq lazıdır.

“Almaniya Azərbaycanla münasibətlərdə Fransadan geri qalmır”, – deyə siyasətçi bildirib.

Rzayev vurğulayıb ki, Almaniya və Fransa tarixən müstəmləkəçi, ən dəhşətli müharibələrin iştirakçıları, qatil ölkələr, faşizmin və onun təbliğatının mərkəzləri olublar. Onun fikrincə, Berlin “Azərbaycanın suverenliyini, onun inkişafını, müstəqil siyasət yeritməsini həzm edə bilməz”.

Rzayev “təkcə Almaniyadan avtomobillərin idxalını dayandırmaq deyil, həm də burada fəaliyyət göstərən bəzi qurumların fəaliyyətini məhdudlaşdırmaq” zərurətinə diqqət çəkib.

Alman avtomobillərinin nümayəndələri olan Mercedes Benz, Audi, BMW, Volkswagen, Porsche, Opel, Maybach əsəbi halda kənarda siqaret çəkirlər.

Daha çox göstər
Back to top button