BaşlıcaİctimaiyyətSiyasət

Yüksək texnologiyalar sənayesi naziri: Hərbi sənaye sahəsindəki irəliləyişləri nazirliyin prioritetlərindəndir

ER Yüksək texnologiyalar sənayesi naziri Mxitar Hayrapetyan hərbi sənaye sahəsinin şirkətlərinin nümayəndələri ilə  ikinci görüşü kecirib

Nazir vurğulayıb ki, hərbi sənaye sahəsinin inkişafı və irəliləyişi nazirliyin fəaliyyətinin prioritetlərindəndir. Çağırış və problemlər mövcuddur və onlara birgə qüvvələrlə qalib gəlməlidir.

Yüksək texnologiyalar sənayesi nazirliyindən məlumat verirlər ki, Mxitar Hayrapetyan hərbi sənaye sahəsindəki şirkətlərinin nazirlikdən hansı gözləntiləri olduğunu, problemlər və təklifləri olduğunu, eləcə də sahənin inkişafının təşviq və irəliləyişi hansı mexanizmlərin tətbiqiylə təsəvvür etdiyini   dinləyib.

Görüş ərzində təqdim edilmiş problemlərə qalib gəlmək üçün bir sıra imkanlar müzakirə edilib.

Hərbi sənaye sahəsinin inkişafı işində mühəndislik təhsili istiqamətində yeni proqramların hazırlanması zərurəti, ixtisaslı kadrların hazırlanması və nəsil dəyişikliyinin təmin edilməsinə xüsusi əhəmiyyət verilirdi.

Daha çox göstər
Back to top button