Berdzorun Surb Hambardzman kilsəsinin tarixi-memarlıq görkəminin təhrif edilməsi davam edir

Azərbaycan Artsaxda erməni izini məhv etmək qəbuledilməz siyasəti ardıcıl olaraq davam etdirir. Elmi tədqiqat mərkəzimiz, peşəkar ictimaiyyətin müxtəlif nümayəndələri Artsaxın məhz son üç onillikdə tikilmiş abidələrinin məhv olmaq təhlükəsi ilə üzləşdiyini dəfələrlə vurğulamışlar.
Azərbaycan Artsaxın mütəqilliyindən sonra tikilmiş abidələr və yə ucadılmış xaçkarlar ermənilər tərəfindən “işğal” dövrünün abidələri kimi təqdim edir, bununla da öz qanunsuz əməllərini “qanuniləşdirməyə” çalışır.
Azərbaycan mənbələrində dərc edilmiş şəkillər Berdzorun Surb Hambardzman kilsəsində tikinti işlərinin davam etdiyini təsdiqləyirlər. Azərbaycan mətbuatında və sosial şəbəkələrdə yayılan məlumatlara görə, erməni kilsəsinin günbəzi və zəng qülləsi söküləcək və iki minarə tikiləcək.
Azərbaycan bu qəbuledilməz addımı ilə erməni kilsəsini məscidə çevirməyə hazırlaşır.
Qeyd edək ki, Surb Hambardzum kilsəsi 1996-1998-ci illərdə Kaşatağın rayon icra hakimiyyətinin birinci rəhbəri Aleksan Hakobyanın təşəbbüsü ilə tikilib. Kilsənin memarı Hraçya Gasparyandır











