BaşlıcaMədəniyyətSiyasət

Hağartsin monastır kompleksi Azərbaycan saxtakarlığının hədəfinə çevrilib

“Süni şəkildə formalaşmış Azərbaycan Ermənistan Respublikasına qarşı dövlət səviyyəsində ərazi ambisiyalarını davam etdirir, işğalçılıq siyasətini günü-gündən dərinləşdirir. Tatev monastır kompleksi, Eçmiadzin kilsəsi, Hariçavankdan sonra Hağartsin monastır kompleksi də Azərbaycan saxtakarlığının hədəfinə çevrildi”.

Bu barədə “Hayk mədəniyyətinin ombudsmanı” Ovik Avanesov xəbərdarlıq edir.

Hağartsin monastır kompleksi Dilican şəhərindən 18 km şimalda Tavuşun Hağartsin kəndində yerləşir.

Hağartsin təhsil ocağı XIII əsrə aid biblioqrafiyada qeyd olunur və qısa müddətdə məşhur mədəniyyət mərkəzinə çevrilir. Mərkəzin yüksəlişi daha çox Xaçatur Taronatsinin məhsuldar fəaliyyəti ilə bağlıdır.

Monastır kompleksinin orijinallığını müxtəlif tarixi dövrlərdə tikilmiş üç kilsə təmin edir. Onlardan ən qədimi Müqəddəs Qriqor kilsəsidir (təxminən 10-cu əsr).

“Azərbaycan dövlət təbliğat maşını bu məşhur monastır kompleksinin tarixini təhrif etməklə yanaşı, Dilican şəhərini və Hağartsin kəndini də “Azərbaycanın tarixi yaşayış məntəqələri” kimi təqdim edir. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycanın nə tarixi, nə mədəniyyəti var, əksinə, regionun yerli xalqlarının minilliklər boyu yaradılmış tarixini, mədəniyyətini mənimsəyirlər.

Azərbaycanda hər şeyin saxta və süni olması general-leytenant Denikinin əsərində dəqiq ifadə olunub: “Azərbaycan Respublikasında Fars əyalətlərinin birindən götürülən addan başlayaraq hər şey süni idi, “gerçək deyil”. Ləzgi Zaqatalasını, Bakı və Yelizavetpolu, Rus Muğanını daxil edən süni ərazi Qafqazda pantürkizm nöqtəsi idi və torpaqlar xalqların böyük miqrasiya yolunda olduğundan ardıcıl işğalçıların müxtəlif mədəniyyətlərinin təsirinə məruz qalıblar. Bu ərazilərdə həmişə az sayda dağınıq tayfaların yaşayırdı,onlar bir-birinə düşmən idi və hələ də köçəri həyat xüsusiyyətlərini qoruyub saxlayırdı.

Sonda Azərbaycan hakimiyyəti də süni şəkildə əvvəlcə Nuri Paşanın, sonra general Tomsonun iradəsi ilə, sonra isə sadəcə inersiya ilə qorunub saxlanıldı.

Bu günlərdə Azərbaycanın Tiktok kanallarında Hağartsin monastır kompleksinin albanlara məxsus olduğunu təqdim edən videolar yayımlanıb. Bu və bir çox digər faktlar Azərbaycanın dövlət səviyyəsində həyata keçirilən anti-erməni siyasətinin üzünü açıq şəkildə göstərir”, – deyə Avanesov yazır.

Daha çox göstər
Back to top button