
İsveçin Xarici siyasi şöbəsi Azərbaycanın diktator rejimi ilə əlaqələri olan İsveçin Təhlükəsizlik və inkişaf siyasəti institutunun(ISDP) Cənubi Qafqazda məsləhətçi və analitik işləri üçün maliyyələşdirilməsini 1,2 milyon isveçli kronla( təxminən 110 min avro) artırıb.
İsveç XİN-i öz Azərbaycana qarşı sanksiyalar üzrə mövqeyini dəyişməyə nə məcbur edə bilər? Bu barədə isveçli Blankspot yazıb, hansı ki, hələ 2021-ci ilin yazında İsveçin Təhlükəsizlik və inkişaf siyasəti institutunun Azərbaycanın diktator rejimi ilə əlaqələrinə diqqət yetirib
Blankspot-un məlumatlarına görə, isveçli tədqiqat təşkilatı azərbaycanlı lobbiçi təşkilatlardan, daha sonra isə Azərbaycan prezidenti İlham Əliyevin ailəsinə məxsus olan «Pasha Holding» tikinti şirkətindən pul alıb.
İkinci dəfə İsveç Xarici işlər nazirinə eyni narahatlıqla müraciət edən İsveç Parlamentinin deputatı Byorn Syoder “Armenpres”in Brüsseldəki müxbiriylə söhbətində qeyd edib ki, ISDP söz Asia və Tayvan barədə gedirsə kifayət qədər yaxşı işləyir, lakin Canubi Qafqaz haqqında danışarkən onların Azərbaycan rejimi ilə işləməsi və ondan pul alması qəbuledilməzdir.
“Mən, əlbəttə ki, söz bu məsələ haqqında gedərkən İsveç Höküməti üstündə təzyiq göstərməyi davam edirəm. İsveç Höküməti üçün çox aydındır ki, Ermənistan vacibdir, xüsusən də Avropa aliləsinə daxil olan anda. İsveç Höküməti Ermənistana yardım etmək üçün böyük səylər göstərir. Ona görə də bu, çox mübahisəli bir yanaşmadır”-deyə isveçli deputat qeyd edib.
Syoder bir neçə gün əvvəl İsveç Xarici işlər nazirinə sorğu göndərərək, sonuncunun ISDP-nin Azərbaycanla əlaqələrini problemli hesab etmədiyini və KİV-in bu əlaqələr haqqında yazdıqları ilə bağlı xüsusi tədbirlərin görülüb-görülməyəcəyini soruşub.
İsveçin Xarici işlər naziri Tobia Billstryom cavab verib ki, onların mövqeyi keçmiş oxşar sorğudan sonra dəyişməyib və Xarici işər nazirliyi dünyanın bir sıra analitik mərkəzləri və institutları ilə əməkdaşlıq edir.
Bu əməkdaşlıqlar dünyanın müxtəlif hissələrində baş verən inkişaflar barədə bizim anlayışımıza və İsveçin müxtəlif ölkələr haqqında bilik bazasının yaradılmasına töhfə vermək üçün olduqca vacibdir.
Dövlət nümayəndələri ilə əlaqələri Xarici işlər nazirliyinin dəstəklədiyi analitik mərkəzləri və institutların öz fəaliyyətini həyata keçirmək üçün bu ilkin şərtdir. Demokratik olmayan ölkələrdə belə əlaqələrin müstəqil və qərəzsiz şəkildə olduğu xüsusən mühümdür. Xarici işlər nazirliyi dəstək alan təşkilatlarla davamlı dialoq aparır.
Xarici işlər nazirliyi həmçinin müxtəlif əməkdaşlıq təşkilatlarının maliyyələşdirilməsini davamlı olaraq nəzərdən keçirir. Təhlükəsizlik və inkişaf siyasəti institutu Xarici işlər nazirliyinin uzunmüddətli və etibarlı əməkdaşlıq etdiyi institutlardan biridir. Hazırda əməkdaşlığa yenidən baxılması planı yoxdur” – deyə Xarici işlər naziri Billstryom bildirib.
Sorğunun müəlifi olan deputat vurğulayır ki, Xarici işlər nazirinin cavabı mövzu barədə keçən nazirlərin cavablarından heç bir şəkildə fərqlənmir odur ki, bu narahatlığa səbəb olur.
“Götürək ki, nazir institut nümayəndələrinin fəaliyyətinin ciddiliyini dərk etmir. Amma mənim sorğu etdiyim məsələ Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi mümkünlüyü barədə olacaqsa, nazirin sözlərinə görə, İsveç AB ilə paralel olaraq hərəkət edəcək və AB bu istiqamətdə istənilən təşəbbüsünü dəstəkləyəcək”-deyə isveçli deputat bildirib.







