
KTMT-nin qəbul etdiyi sənədlərin imzalanması ilə bağlı qərar müzakirə olunur, bu barədə jurnalistlərə Xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.
Yerevanı nə narahat edir sualına Xarici işlər nazirinin müavini belə cavab verib: – “Məni narahat etmir, müzakirə olunur”.
KTMT-nin baş katibi İmanqali Tasmaqambetov dekabrın sonunda Yerevana səfər edərək özü ilə bir ay əvvəl KTMT Şurasının Minskdə keçirilən iclasında qəbul edilən və Ermənistan tərəfinin qoşulmadığı sənədlər paketini gətirib.
KTMT-də qərarlar konsensusla qəbul edilir, lakin on ildən artıqdır ki, nizamnaməyə düzəliş edilib, ona görə də Şura bu prosedurun əleyhinə deyilsə, məhdud tərkibdə qərar qəbul etmək hüququna malikdir.







