
Dağlıq Qarabağda erməni mədəniyyət irsinin qorunub saxlanması məsələsi həmişə Ermənistan Xarici işlər nazirliyinin gündəliyindədir.
Verilən məlumata görə, bu haqda Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan jurnalistlərlə söhbətində bildirib.
“Dağlıq Qarabağda mədəniyyət irsin qorunub saxlanması məsələsi gündəmimizdədir. Bu məsələ həm YUNESKO-nun icra orqanında, həm də digər aidiyyatı idarələrdə qaldırılır.
Yadınızdadırsa, 2020-ci ilin dekabrında YUNESKO-nun İcraiyyə Şurası tərəfindən qərar vermişdi ki, gərək “Dağlıq Qarabağa fakttoplayıcı missiyası göndərilsinki, vəziyyəti yerindəcə izləsin görsün ki, mədəni irsi abidələrinin vəziyyəti orada necədir” – deyərək Kostanyan bildirib.
Nazir müavini qeyd edib ki, bu müddət ərzində missiyanın səfərinin baş tutması üçün davamlı olaraq işləyirlər.







