BaşlıcaSiyasət

Ermənistan “Sülh kəsişməsi” layihəsini Glօbal Gateway investisiya konfrasında təqdim edib

Ermənistan Hökümətinin təqdim etdiyi “Sülh kəsişməsi” layihəsi Brüsseldə başlanmış Glօbal Gateway investisiya konfransı ərzində təqdim edilib.

“Armenpresin” Brüsseldəki müxbiri bildirib ki, konfrans çərçivəsində “Cənubi Qafqaz və Türkiyə: Mərkəzi Asiya ilə Avropa arasında möhkəm əlaqə” mövzusu ilə panel müzakirəsi zamanı “Sülh kəsişməsi” layihəsini Ermənistanın Ərazi idarətmə və infrastruktur nazirinin müavini Armen Simonyan təqdim edib.

Nazir müavini deyib ki, layihənin əsas prinsipi odur ki, bütün infrastrukturlar, o cümlədən yollar, dəmir yolları, hava yolları, boru kəmərləri, kabellər, elektrik xətləri keçdikləri ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərsin.

“Geosiyasi son inkişaflar sübut ediblər ki, nəqliyyat marşrutlarının deversifikasiyası malların regional bazarlara tədarükünün davamlılığı üçün həyati əhəmiyyət kəsb edir.

Və Ermənistan Hökümətinin “Sülh kəsişməsi” təşəbbüsünün hazırlanmasının səbəbi məhz budur. O, işə salınacağı təqdirdə, bir il ərzində region ölkələri vasitəsilə 4,7 milyon ton yük və 300 min sərnişinin daşınmasını təmin edəcək.

2050-ci ilə qədər Ermənistan Respublikasının dəmir yolu infrastrukturu ilə region ölkələri arasında daşınan yüklərin həcmi təxminən 10 milyon ton təşkil edəcək”– deyə Simonyan bildirib.

Konfrans çərçivəsində nazir müavini Armen Simonyan müxtəlif tərəfdaşlar və beynalxalq qurumların nüamyəndələri ilə ikitərəfli görüşlər keçirib.

Tədbirdə sahəni tənzimləyən Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyə, AB üzv ölkələrindən olan nazir müavinləri iştirak ediblər. Şəxsi investisiya şirkətlərinin ekspertləri, Avropanın Yenidənqurma və inkişaf bankının ekspertləri həmçinin iştirak ediblər.

Forum AB genişlənmiş qonşuluğunda mövcud olan infrastruktur imkanlarını bir-biri arasında ticarəti asanlaşdırmaq üçün  istifadə etməsinə həsr olunub. Ayrı panel müzakirələr ərzində iştirak edən ölkələrin infrastrukturlarının investisiya cəlbediciliyi və mövcud imkanları təqdim edilib.

Daha çox göstər
Back to top button