BaşlıcaSiyasət

Kamal Xaraz: “İran regionda coğrafi sərhədlərin dəyişdirilməsini məqbul hesab etmir”

İran İslam Respublikasının Ermənistandakı səfirliyi mesaj yayıb ki, İİR dini liderinin müşaviri, Xarici əlaqələr üzrə  strateji şurasının sədri Kamal Xaraz “Orbeli” analitik mərkəzində erməni ekspert və ziyalılarla görüşüb.

Məlumatda qeyd olunur ki, Xarazi çıxışında İran və Ermənistan arasında tarixi və dostluq əlaqələrinə və İranın bu əlaqələri daha da dərinləşdirmək istəyinə diqqəti cəlb edib, həmçinin Cənubi Qafqazda cərəyan edən hadisələrdən danışıbdır.

“İİR bütün region ölkələrinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir və coğrafi sərhədlərin dəyişdirilməsini heç bir şəkildə məqbul hesab etmir” – deyə Xarazi bildirib.

O, vurğulayıb ki, İran Şimal-Cənub və Şərq-Qərb tranzit yollarının birləşdirici qovşağı kimi regionun inkişafı üçün iqtisadi və elmi imkanlarından istifadə etməyə hazırdır.

Daha çox göstər
Back to top button