BaşlıcaEkonomikaİctimaiyyət
Vahan Kerobyan Qazaxıstan səfiri ilə Yerevan-Astana-Yerevan uçuşların açılmasını müzakirə ediblər

Nazir Vahan Kerobyan Qazaxıstan Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Bolat İmanbayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Tərəflər Ermənistan-Qazaxıstan iqtisadi əməkdaşlığının perspektivlərini müzakirə ediblər.
Görüş zamanı Ermənistanın aviadaşıyıcısı vasitəsilə Yerevan-Astana-Yerevan hava yolunun mümkün açılması ilə bağlı fikir mübadiləsi aparılıb. Bu da öz növbəsində turist və biznes axınını artıracaq.
Ermənistanda Qazaxıstanın fəxri konsulluğunun açılması imkanları da müzakirə olunub.







