
Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə, 2020-2022-ci illərdə Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi nəticəsində Ermənistandan olan 303 nəfər hələ də itkin düşmüş hesab olunur. Məlumatı BQXK-nın mətbuat xidməti yayıb.
Qeyd olunur ki, 2023-cü il ərzində 62 ailə itkin düşmüş doğmaları üçün axtarış ərizəsi açmaq üçün BQXK-ya müraciət edib.
Nəticədə 12 ailə yaxınlarının taleyindən xəbər tutub.







