BaşlıcaSiyasət

Gardman-Şirvan-Naxicevan: “Azərbaycan son üç il ərzində  dəfələrlə sülh prosesini sabotaj edib”

Gardman-Şirvan-Naxicevan Ümumerməni Birliyi Ermənistan Ordusu Günü münasibəti ilə Azərbaycan hökumətinə  yaxın olanların  təhriflərə reaksiya verib.

Birliyin bəyanatı diqqətinizə  təqdim edilir.

Bu il yanvarın 28-də Ermənistan ordusunun yaradılmasının 32-ci ildönümünü qeyd edib. Güclü və effektiv ordusu olan dövlətlər öz sabitliyini və rifahını təmin etməyə qadirdir.Eyni zamanda, bəzi iqtidaryönlü Azərbaycan mikrofonlar dövlət rəhbərlərinin Ermənistan ordusunun ildönümü ilə bağlı verdiyi bəyanatları sabitliyin pozulması fonunda təqdim etməkdə davam edir, yenə də Ermənistanı sülhdən boyun qaçırmaqda və əslində sülhdə maraqlı olmamaqda ittiham ediblər.

Qardman-Şirvan-Naxicevan Ümumerməni Birliyi reallığı təhrif etmək ücün Azərbaycanın bu ucuz  davranışını  tənqid edir  və bunu ucuz əməl olaraq dəyərləndirir.

Azərbaycan  Ermənistanı silahlandırmaqda günahlandırır, lakin İlham Əliyevin Ermənistana qarşı birbaşa hərbi təhdidlər səsləndirdiyi çoxsaylı bəyanatlar edir.

Azərbaycanın hərbi sektora ayırdığı büdcənin artırılmasına, beynəlxalq tərəfdaşlardan hərbi texnikanın alınması ilə bağlı çoxsaylı sövdələşmələrəsə məhəl qoymur.

Müntəzəm şəkildə hərbi təlimlər keçirir, bəziləri hətta Dağlıq Qarabağ ərazisində yerləşir. Bütün bu faktların üst-üstə qoyulması və Ermənistana qarşı səslənən təhqirlər diametral şəkildə ziddiyyət təşkil edir və  odur ki,  oxşar əməllər  qəbuledilməz hesab olunur.

Son üç il ərzində Azərbaycan dəfələrlə hərbi əməliyyatlarla sülh prosesini sabotaj edib. Dəfələrlə Azərbaycan prezidenti müharibəyə qəsdən getmək istəyini və məqsədini etiraf edib, bunu özünün siyasi fəaliyyətinin missiyası hesab edib.

Azərbaycanın dövlət sifarişlərini yerinə yetirən kanallarının sülhsevər təbliğatı, Ermənistana qarşı əsassız ittihamlar Azərbaycanın işğalçı damğasını götürməyə çalışdığı siyasi iflas və riyakarlığın bariz nümunəsidir.

Biz Azərbaycan hakimiyyətinin katiblərini öz ifadələrində reallıq və onun mümkün qavrayışları çərçivəsində qalmağa çağırırıq”.

Daha çox göstər
Back to top button