Başlıcaİctimaiyyət

“Abzas Media”-nın həbs edilmiş əməkdaşlarının araşdırmalarını xarici jurnalistlər davam edəcəklər

Radio French International (RFI, Beynalxalq fransız radiosu) və France 24 keçən ilin Noyabrında azərbaycanlı “Abzas Media” agentliyinin həbs edilmiş əməkdaşlarının araşdırmaları üzrə işləri davam etdirmək üçün Forbidden Stories konsorsiumu ilə birləşiblər.

Azərbaycanda azsaylı müstəqil KİV-dən biri olan “Abzas” araşdırma saytı korrupsiya faktları da daxil olmaqla, öz apardığı istintaq işi ilə tanınıb. Fevralın 7-də keçiriləcək prezident seçkiləri ərəfəsində təşkilatın altı üzvü, o cümlədən direktoru Ülvi Həsənli “Amnesty İnternational” və “Sərhədsiz Reportyorlar” da daxil olmaqla, bir sıra qeyri hökümət təşkilatlar tərəfindən saxta adlandırılan ittihamlarla həbs edilib.

Fransada buraxılmış “Bakı ilə əlaqə” seriyalı susdurulmuş jurnalistlərin işini davam etdirmək məqsədini daşıyan “France 24” və “Forbidden Stories” konsorsiumunun internet saytlarında da baxmaq olar.

Daha çox göstər
Back to top button