BaşlıcaİctimaiyyətSiyasət

Süni intellekt qorxularını qırmaqla Ermənistan bütün dünyada rəqabətəli ölkə olacaq: Nazir

Fevralın 2-də Yerevanda “Biznes üçün süni intellekt” adlı konfrans keçirilib. Konfransda işgüzar dairələrin nümayəndələri, innovativ mütəfəkkirləri və süni intellekt (AI) sahəsində ekspertləri iştirak ediblər. 

ER Yüksək Texnologiyalar Sənayesi naziri Mxitar Hayrapetyan son illərdə həm Ermənistanda, həm də bütün dünyada süni intellektlə bağlı davam edən müzakirələrə toxunub. Nazir süni intellekt alətlərindən səmərəli istifadə etmək və iqtisadiyyatın müxtəlif sahələrinə sərmayə qoymaq barədə düşünməyi təklif edib.

Bu kimi konfranslar süni intellekt alətlərini tətbiq etməyin ən təsirli yollarının nə olduğunu anlamaq baxımdan çox vacibdir. Bu qorxular texnoloji inqilabların müxtəlif mərhələlərində mövcud olub, onlar yeni bir hadisə deyil. “Mən sizə yalnız irəli baxmağı təklif edirəm. Bu haqda çox düşünən xalqlar bütün dünyanın inkişafından geri qalacaqlar.

Mən özüm bu sıçrayış artımını süni intellekt və yeni texnoloji həllərdən başqa heç bir şəkikdə təsəvvür edə bilmirəm.

Mən əminəm ki, Ermənistan həmin qorxuları qırmaqla dünyada rəqabətli olacaq. Məhz bu yolla Ermənistan iddialı ölkəyə çevrilə və dünyada özünün ən mühüm və əhəmiyyətli roluna malik ola, dünyaya yeni həll yolları təklif edə bilər. Bu da öz növbəsində dünyanın Ermənistana və ümumiyyətlə, erməni mütəfəkkirinə münasibətini dəyişəcək”, – deyə nazir qeyd edib.

ER Parlamentinin sədr müavini Hakob Arşakyan, ER iqtisadiyyat naziri Vahan Kerobyan, ER Mərkəzi Bankının sədri Martin Qalstyan da çıxış ediblər. Konfransda Mox robotunu yaradan Embodied şirkətinin təsisçisi və icraçı direktoru Paolo Pircanyan, McKinsey & Company şirkətonin tərəfdaşı Leonid Kirakosyan və ABBY-nin təsisçisi Davit Yan çıxış ediblər.

Çıxışlardan sonra “Ənənəvi biznesdə süni intellektdən istifadə” mövzusunda panel müzakirəsi aparılıb.

Daha çox göstər
Back to top button