BaşlıcaSiyasət

Vazgen Sarkisyan adına Hərbi Akademiyasında fransız  dilli ambion

Fevralın 2-də Fransa Respublikası Silahlı qüvvələrinin Sen-Sir Hərbi akademiyasının rəhbər tərkibinin  nümayəndələri Ermənistan Respublikası Müdafiə nazirliyinin Vazgen Sarkisyan adına Hərbi akademiyasında olublar.

Görüşdə Müdafiə və Təhlükəsizlik məsələləri üzrə Daimi komissiyanın sədr müavini Armen Xaçatrian da iştirak edib.

Akademiyanın binasına baş çəkən qonaqlar yaradılan şərait, imkanlar və tədris bazası ilə tanış olublar. Onlara akademiyanın strukturu, fəaliyyəti və tədris proqramları təqdim olunub.

Həmin gün ER Müdafiə nazirinin müavini Arman Sarkisyan və Fransa Respublikasının Ermənistandakı Fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotininin iştirakı ilə akademiyada müasir həllər ilə təchiz olunmuş fransız dili ambionunun açılışı olub.

Qırmızı lenti kəsmək şərəfi iki akademiya arasında əməkdaşlıq çərçivəsində Ermənistanda təhsil alan fransalı tələbə ilə Fransaya təhsil almağa gedən erməni kursantlara həvalə olunub.

Daha çox göstər
Back to top button