BaşlıcaSiyasət

Münasibətlərin bərpasından sonra ilk yüksək səviyyəli səfər – ER prezidenti Macarıstandadır

Ermənistan prezidenti Vahagn Xaçaturyan Macarıstana səfər edib. Bu barədə Ermənistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

V. Xaçaturyanı Macarıstanın prezident administrasiyasının sədri Şanda Tomaş qarşıladı.

O, səfər zamanı Macarıstan Prezidenti Katalin Novak, digər hökumət rəsmiləri və yerli erməni icması ilə görüşəcək.

Xatırladaq ki, Ermənistanla Macarıstan arasında diplomatik münasibətlər 2012-ci il avqustun 31-də azərbaycanlı cinayətkar Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiyasından sonra dayandırılmışdı.

2022-ci il dekabrın 1-də ATƏT Nazirlər Forumu çərçivəsində Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyartonun görüşü baş tutub və bu görüşdə diplomatik münasibətlərin tam bərpası barədə razılıq əldə olunub. 2023 Siyartonun Ermənistana səfəri baş tutub.

Daha çox göstər
Back to top button