BaşlıcaSiyasət

İran səfiri: “ABŞ rəsmisi Minsk Qrupunun onların regionda mövcudluğunu təmin etmək üçün yaradıldığını bildirib”

Hesab edirəm ki, iştirakçı ölkələr real sülh və sabitliyə nail olmaq istəsələr, 3+3 formatı ilə uğur əldə etmək olar. Bu barədə İranın Ermənistandakı Fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani fevralın 15-də jurnalistlər və ekspertlərlə görüşü zamanı  bildirib.

“Əgər platforma nəzərəçarpacaq uğur qazanarsa, o zaman əminəm ki, başqaları da (Gürcüstanı nəzərdə tutur – red.) orada iştirak etməkdə maraqlı olacaqlar. Regionun problemləri bu region ölkələrinə təsir edir və məhz region ölkələridir ki,  bu problemlərin həlli üçün səy göstərməli və bu qərarların qarantı olmalıdır”.

Səfir başqa yerlərdə rəqabətə çağırıb və əməkdaşlıq platformalarının yaradıldığını qeyd edib.

“Bu yaxınlarda mənim bir erməni ziyalısı ilə görüşüm oldu, o, əvvəllər Amerika rəsmisi ilə söhbət etmiş və onunla Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk Qrupu haqqında danışmışdı.

Erməni ziyalılarının nümayəndəsi bu amerikalı məmurdan soruşub. “Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının 30 il ərzində heç bir nəticə verməyən Minsk Qrupu niyə yaradıldı? ABŞ rəsmisi cavab verib  ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk Qrupu onların regionda mövcudluğunu təmin etmək üçün yaradılıb. Odur ki, güman etmək olar ki, onlar regionda sülhün bərqərar olması məqsədini güdməyiblər.

Müharibə olarsa, Amerika zərər çəkməyəcək, amma biz, region ölkələri və xalqları əziyyət çəkəcyik.

Ona görə də həqiqi sülhə çatmaqçün cəhd etmək vacibdir”-deyə Mehdi Sobhani vurğulayıb.

Daha çox göstər
Back to top button