Başlıcaİctimaiyyət

Financial Times Armen Sargsyanın kitabını ən yaxşıların sırasında tanıyıb

Ermənistanın dördüncü Prezidenti Armen Sargsyanın müəlifiylə bu yaxınlarda nəşr olunmuş “The Small States Club” (Kiçik dövlətlər klubu) kitabı “Financial Times” tərəfindən siyasi və iqtisadi mövzularda ən yaxşı yeni kitablardan biri kimi tanınıb.

Nüfuzlu jurnal qeyd edir ki, Ermənistanın keçmiş Prezidenti öz kitabında əhəmiyyətli uğurlara nail olmuş kiçik dövlətlərə və onların digərlərə verə biləcək dərslərinə toxunub. “Resurslar güc və hakimiyyət gətirəndə çox az adam kiçik coğrafi əraziyə malik olan xalqlara “böyük həsəd”lə baxmağa meyllidir.

Lakin mürəkkəb dünyada idarəetmə daha çevik olmalıdır. Həqiqətən də, böyük iqtisadiyyatlar iqtisadi, geosiyasi və texnoloji dəyişikliklərə necə reaksiya verəcəyini düşünərkən, Ermənistanın keçmiş Prezidenti Armen Sargsyan “Kiçik ölkələr klubu: Kiçik ağıllı ölkələr dünyanı necə xilas edə bilər” kitabında  kiçik dövlətlərin çevik və uyğunlaşmasının maraqlı və müasir təhlilini təqdim edir”.

Armen Sargsyan  öz diplomat, dövlət başçısı səyahətləri, görüşləri və təcrübəsi ilə müxtəlif kiçik ölkələri, o cümlədən Sinqapur, BƏƏ, Estoniya, İrlandiya və Botsvananı təqdim edir, onların ehtimal olunmadığı halda necə yenidən doğulduğunu kəşf etməyə çalışır.

Beləliklə, uğurlu ölkələrin dərsləri nələrdir? Armen Sargsyanın fikirincə, əsas komponentlər güclü şəxsiyyət hissi, məqsəd hissi, effektiv idarəetmə, strateji və praqmatik qərarların qəbulunda iştirak edən səlahiyyətli liderlərdir.

O, əmindir ki, bu hamısının mövcudluğu halında kiçik dövlətlər 21-ci əsrin mürəkkəb çağırışlara ənənəvi böyük güclərdən daha ağıllı yollarla qalib gələ bilərlər.

Daha çox göstər
Back to top button