
Avropa Parlamentində Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri Marina Kalyurand Ermənistanı Beynəlxalq Cinayət Məhkəməsinə rəsmi üzv olması münasibətilə təbrik edib.
Aldığımız məlumatına görə, deputat bu barədə X sosial platforma səhifəsində yazı yazıb.
“2024-cü il fevralın 1-də Beynəlxalq Cinayət Məhkəməsinə rəsmən qoşulması münasibətilə Ermənistanı səmimi qəlbdən təbrik edirəm. Bu, ölkənin qanunun aliliyinə sadiqliyinin bariz göstəricisidir və AB ilə Ermənistan arasında əməkdaşlıq üçün əla əsasdır” – deyə o, yekunlaşdırıb.

Ermənistan parlamenti 2023-cü il oktyabrın 3-də Roma Əsasnaməsini ratifikasiya edib. Beynəlxalq Cinayət Məhkəməsi 2023-cü ilin noyabrında Ermənistan üçün Roma Statutunun 2024-cü il fevralın 1-dən etibarən qüvvəyə minəcəyini elan edib.







