BaşlıcaSiyasət

Sergey Kopirkin: “Cənubi Qafqazda hər hansı iğtişaş yaratmaq cəhdi bizim sərt müqavimətimizlə qarşılaşacaq”

Cənubi Qafqazda hər hansı iğtişaş yaratmaq cəhdi bizim sərt müqavimətimizlə qarşılanacaq. Bu haqda  Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin “Радио Sputnik”ə  müsahibəsində  qeyd edib.

Onun sözlərinə görə, Rusiyanın düşmən qüvvələri Cənubi Qafqazda baş verən hadisələrə fəal təsir göstərməyə, onlardan Rusiya Federasiyasına qarşı işləmək üçün bəhanə və fürsət kimi istifadə etməyə çalışır.

“Bu öz təsirini buraxacaq. Mən artıq demişəm ki, mən ümumi mənzərəni, münasibətlərimizin ab-havasını qiymətləndirməyə çalışarkən, təbii ki, bu da nəzərə alınmalı, narahatlığa, ehtiyatlılığa səbəb olan amildir. Ancaq bir daha deyirəm, ümid edirəm ki, bizi birləşdirən, milli maraqlarımızın əsasını təşkil edən şey münasibətlərimizdə xaos yaratmaq cəhdlərindən, Rusiyanın Cənubi Qafqazdakı mövqeyinə və roluna xələl gətirmək cəhdlərindən daha güclü olacaq”- deyə RF səfiri qeyd edib.

Sergey Kopirkin vurğulayıb ki, bu məsələdə Rusiyanın mövqeyi birmənalı deyil, çünki Cənubi Qafqaz Rusiya üçün həyati əhəmiyyətli regiondur.

“Rusiya isə Cənubi Qafqazda mühüm rol oynayıb, oynayır və oynayacaq, çünki onun sülh, inkişaf və sabitlik regionu olması bizim həyati maraqlarımıza uyğundur. Burada hərc-mərclik , xaos yaratmaq və regiondan kiminsə maraqları üçün istifadə etmək cəhdi isə bizim sərt müqavimətimizlə qarşılaşmalı olacaq”-deyə o, qeyd edib.

Daha çox göstər
Back to top button