BaşlıcaSiyasət

Azərbaycan sərhəd eskalasiyası üçün bəhanələr axtarır: ER XİN

Azərbaycan tərəfinin aqressiv hərəkətləri göstərir ki, Azərbaycan sərhəd eskalasiyasını üçün bəhanələr axtarır. Bu barədə ER Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

“Fevralın 13-də səhər saatlarında Ermənistan Respublikasının Syunik bölgəsində, genişləndirilmiş Kapan icmasının Nerkin Hand yaşayış məntəqəsi ərazisində Azərbaycan silahlı qüvvələrinin növbəti təxribatı və gücün tətbiqi nəticəsində erməni tərəfinin 4 hərbçisi ölüb  və 1 hərbçisi yaralanıb.

Fevralın 12-də Kapan bölgəsində ER mühafizəçiləri tərəfindən bir Azərbaycan əsgərinin yaralaması ilə bağlı Azərbaycan KİV-lərin yaydığı görüntülərə və məlumatlara dair ER səlahiyyətli orqanlarının reaksiyasına və məsələnin araşdırılmasına baxmayaraq, fevralın 13-də Azərbaycan tərəfi bu istiqamətdə təcavüzkar hərəkətlər həyata keçirib. Bu onu göstərir ki, Azərbaycan sərhəd eskalasiyasını həyata keçirmək üçün bəhanələr axtarır.

Bu güc tətbiqi hərəkətlərindən əvvəl Azərbaycanın hərbi-siyasi rəhbərliyinin döyüşkən bəyanatları, eləcə də son günlərin informasiya-təbliğat hazırlıqları həyata keçirilib. Azərbaycan rəhbərliyi davamlı olaraq Cənubi Qafqazın sabitliyi və təhlükəsizliyində maraqlı olan tərəflərin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına yönəlmiş danışıqları bərpa etmək səylərini dəf etməyə çalışır.

Biz Azərbaycanın hərbi təxribatlara əl atmaq kimi bu hərəkətlərini qətiyyətlə pisləyir, vəziyyəti sabitliyi pozan addımlardan çəkinməyə və danışıqlara qayıtmağa çağırırıq.

Biz bir daha Ermənistan tərəfinin sərhəd təhlükəsizliyinin artırılmasına yönəlmiş etibarlı tədbirlərin həyata keçirilməsi ilə bağlı əvvəllər səsləndirdiyi təkliflərini təsdiqləyirik”, – ER XİN-in yaydığı bəyanatda qeyd edilib.

Daha çox göstər
Back to top button