
ATƏT müşahidə missiyasının nümayəndələri Azərbaycanda növbədənkənar prezident seçkiləri barədə öz aşkar etdikləri ən ciddi seçki pozuntuları haqqında bildiriblər. Onlar vurğulayıblar ki, seçkilər “rəqabətsiz” və “məhdudlaşmış mühitdə keçiriblər”.
Bu arada Rusiya Azərbaycanda seçkilərin uğurlu keçirilməsini alqışlayıb, ATƏT müşahidəçilərinin qiymətlərini “qərəzli” adlandıraraq tənqid edib.
Bu kontekstdə Moskvadan Rusiyanın Azərbaycanla öz müttəfiqliyi və hərbi-strateji tərəfdaşlığının gələcək möhkəmləndirilməsinə sadiq olduğu barədə ardıcıl təminatlar səsləndirilir. Açıq-aydın görünür ki, rus-azərbaycan münasibətlərinin səmimiləşməsinin yeni mərhələsi başlayır. Bunun hansı məqsədlərin daşıdığını ekpertlərlə anlamağa çalışdıq.
Siyasətçi Robert Ğevondyan rus-azərbaycan yaxınlaşmasının yeni olmadığını müşahidə edərək əlavə edib ki, bu isəmimiliyi hələ 2020-ci ildən başlayaraq görürük. Bundan əvvəl də yaxınlaşmaya yönəlmiş addımlar açıq şəkildə mövcud idilər.
“Əgər onlar bundan əvvəl yalnız silah və digər ticarət sazişləri vasitəsilə yaxınlaşırdılarsa, 2020-ci ildən sonra həm də ciddi siyasi yaxınlaşma müşahidə olunur ki, bunun pik nöqtəsi 2022-ci ilin Fevralın 22-də Rusiya və Aərbaycan arasında imzalanmış hərbi-strateji razılaşması üzrə müqavilədir”.
Rusiya və Azərbaycan məhz bu müqavilə əsasında daha geniş əməkdaşlığı inkişaf etdirməyə davam edirlər. Ekspertlər hesab edirlər ki, bu hal ilk növbədə Ermənistan üçün öz maraqlarının həyata keçirilməsi baxımından problemlər yaradır.
“Bu səbəblə hazırda bizdə belə bir vəziyyət yaranıb ki, Azərbaycan və Rusiyanın maraqları bir çox məsələlər ətrafında üst-üstə düşür: onların mövqeləri eynidir, Ermənistanın maraqları isə ziddiyyətdir”.
Bu kontekstdə müşahidəyə bir hal layiqdir. Rusiya Azərbaycanda prezident seçkilərinin uğurla keçirildiyini alqışlayır və erməni-azərbaycan münasibətlərini tənzimləyən üçtərəfli müqavilələrin həyata keçirilməsinə yüksək səviyyədə davam etdirməyə hazır olduğunu bildirir. Bu haqda RF Xarici işlər nazirliynin bəyanatında bildirilib.
Azərabycanda RF Fövqəladə və səlahiyyətli səfiri Mixaiyil Yevdokimov isə “İzvestiya” ilə müsahibədə həmin mözvü barədə danışarkan vurğulayıb ki, Moskva Yerevan və Bakıya danışıqlar üçün platforma verməyə hazırdır.
Qeyd edək ki, bu o haldadır ki, Azərbaycan kifayət qədər uzun müddət Qərb platformalarında danışıqlardan imtina edir.
Ekspertin fikirincə, lakin bu vəziyyət Fevralın 7-nə, yəni Azərbaycanda növbədənkənar prezident seçkilərinədək reallıq idi. Siyasətçi Robert Ğevondyanın sözlərinə görə, hələ də gələcəkda nə baş verəcəyini demək mümkün deyil.
“Düzünü desəm, mən həm Rusiyanın təklifi, həm də Qərbin yeni təşəbbüsləri ilə bağlı yeni inkişafları gözləyirəm. Görək, hansı inkişaflar olacaq. Bununla belə, qeyd etmək lazımdır ki, Ermənistan Rusiya platformasına getməkdən çəkinməkdə davam etməlidir, çünki hazırda elə bir vəziyyət yaranıb ki, Ermənistanın maraqları nəinki Azərbaycanın, hətta Rusiyanın maraqları ilə də üst-üstə düşmür.
“Demokratiya və təhlükəsizliyin regional mərkəzi”nin rəhbəri, siyasətçi Tigran Qriqoryanın fikirincə, Azərbaycan öz bütün məsələləri ikitərəfli formatla həll etməyə çalışacaq.
“Hesab edirəm ki, böyük hesabla, Azərbaycan tərəfinin Rusiya formatında danışıqlara elə də böyük marağı yoxdur. Yəni onlar üçün üçüncü tərəflərin iştirakı olmadan, ikitərəfli formatda danışıqlar aparmaq daha sərfəlidir”.
Ekspertlərin fikrincə, başa düşmək lazımdır ki, Rusiyanın ən azı bəzi gündəmlərdə özünün görünən mövqeləri var.
Siyasətçi Tiqran Qriqoryan həmçinin müşahidə edir ki, Moskvanın bir sıra məsələlərdə təsəvvür etmələri Bakının təsəvvürləri ilə daha çox üst-üstə düşür. Deməli, belə hallarda, söz vasitəçilikdən deyil, Rusiyanın irəliləməyə çalışacağı dəqiq maraqlardan gedir.
Siyasətçi Robert Ğevondan isə əmindir ki, belə olan halda, Rusiya platformasına getmək zidd maraqları təqdim edən iki dövlətə qarşı tək qalmaq demək olardı.







