Azərbaycanda Qarabağ müharibəsi veteranlarının və iştirakçılarının sosial vəziyyəti- VİDEO

Azərbaycan cəmiyyəti bu gün Qarabağ müharibəsi iştirakçılarının və veteranlarının düşdüyü vəziyyətdən narazıdır. Onlar əlilliyə görə müavinət ala bilmədiklərindən və ümumiyyətlə, öz hüquqlarının pozulması ilə üzləşdiyindən şikayətlənirlər.
Ölkədə vəziyyət o dərəcədə biabırçıdır ki, müharibədə yaralanan veteran Tacəddin Cəfərov küçəyə çıxıb yoldan keçənlərdən pul yığmağa məcbur olur. O, özü üçün iş tapa bilmir.
Onun sözlərinə görə: “Prezidentimiz bizə əmr verdi, döyüşə getdik, xalqım üdafiə etdik, yaralandıq. İndi mən nə edim, çörək qazana bilmirəm. Bir Allah bilir, evdə yeməyə heç nə yoxdur”.
Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan gizir Quliyev Kənan Camal oğlu əlillik almaq üçün bir neçə ay ərzində bütün məsul qurumlara müraciət etsə də, ona əsassız səbəblərdən imtina edilib.
Bundan sonra o, özünü yandırmaq istəsə də, polis əməkdaşları onun qarşısını alıblar. İndi o, anası ilə birlikdə Azərbaycan Respublikasının vətəndaşlığından imtina etmək və getmək istəyir. Onun sözlərinə görə:
“Mən illərdir ki,davamlı olaraq silahlı qüvvələrdə xidmət etmişəm. Xidmət edəndə sobanın yanında qara tüstüyə burünüb səngərdə birtəhər isinirdim, ancaq o vaxt məmurlar evdə uşaqları ilə oturub ad günlərini qeyd edirdilər, amma ad günləri, bayramlar görmədim, xidmət eliyirdim. Biz belə hörmətə layiqikmi?
Əlilik, müavinətlərlə bağlı problemlərdə kimin günahkər olduğunu müzakirə edəndə, mövzu daha faciəli olur. Azərbaycan mətbuat vasitələri bildirirlər ki, ikinci Qarabağ müharibəsinin sonundan bəri 50-dən çox müharibə veteranı intihara cəhd edib, onlardan 42-i həlak olub.
Müstəqil sosial işçilər və psixoloqlar hesab edirlər ki, dövlət müharibə veteranlarına kifayət qədər diqqət yetirmir. Müharibədən zərər çəkmiş insanlar üçün nəzərdə tutulmuş klinikalar və tibb mərkəzləri nəinki az maliyyələşdirilir, hətta praktikada real iş görmürlər:
Siyasətçilər də müharibə veteranlarının pis sosial həyatından danışırlar. Millət vəkili Fəzail Ağamalı veteranlara ayrılan 80 manatın çox az olduğunu deyib. O, təklif edib ki: “Həll yolu onlara istehlak səbətinin dəyərinin minimum kompensasiyası, yəni 202 manat ödənilməsidir”. Amma əbəs yerə.
Aərbaycanın Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli məsələyə münasibət bildirərkən deyib:
“İndiyədək əlilliyə görə müavinət almayanlar var. Əmr olub ki, əgər “bəhanə” varsa, töhfə verməyin. Bir çox insan sadəcə məhkəməyə getməkdən və sənədləri düzəltməkdən yorulub. Onlar (hökumət) əlilliyi çətinləşdirmək üçün qanunda dəyişiklik ediblər.
Əslində Azərbaycanda vəziyyət elədir ki, dövlətin müharibə iştirakçılarına ehtiyac qalmayan kimi, onları da taleyin ümidinə buraxdı, “qalibləri” unudublar.







