
Bizim zəmanətimiz bizik və öz xalqımız, sadəcə olaraq hərbi balansı bərpa etməliyik.Biz öz ölkəmizi saxlaya və onu təhlükəsiz ölkəyə çevirə bilərik.
Bu haqda parlamentdə jurnalistlərlə söhbətində parlamentdə “KP” fraksiyasının üzvü, müdafiə nazirinin keçmiş müavini Qaqik Melkonyan deyib.
“Odur ki,biz indi müasir hərbi texnika və sursat əldə etmək üçün bütün dünya ilə işləyirik. Artıq Hindistan və Fransa ilə müqavilələrimiz var. Bizə kiminsə hərbiçi gətirməsinə ehtiyacımız yoxdur”- deyə Qaqik Melkonyan bildirib.
O, qeyd edib ki, Rusiya da çoxdan ötürülməli olan müəyyən miqdarda silahı bu yaxınlarda ötürüb. “Borcun bir hissəsi ödənilib, bununla belə, regionda sülh olarsa,o zaman hərbi tarazlıq da bərpa olunmalıdır” – deyərək “KP” fraksiyasının deputatı qeyd edib..







