BaşlıcaSiyasət

Miller Dağlıq Qarabağ münaqişəsindən zərər çəkmiş insanlara mümkün dəstəkdən danışıb

ABŞ Dövlət Departamentinin sözçüsü əlavə müdafiə xərcləri haqqında qanun layihəsi çərçivəsində münaqişələrdən zərər çəkənlərə humanitar yardım göstərilməsinə toxunub.

Dövlət Departamenti dəqiqləşdirib ki, söhbət nağd puldan yox, humanitar yardımdan gedir.

“Əlavə tələbdə ABŞ-ın bütün dünyadakı münaqişələrə reaksiya vermək üçün istifadə edə biləcəyi humanitar yardımdan danışılır”, – Dövlət Departamentinin mətbuat katibi Metyü Miller deyib.

Brifinq zamanı həmçinin Dövlət Departamentinin Cənubi Qafqazda baş verənləri müzakirə etmək üçün Ermənistan və Azərbaycan tərəfləri ilə görüşlərin nəzərdə tutulması ilə bağlı sual da verilib, lakin Miller deyib ki, “Dövlət Departamentinin gündəliyi ilə bağlı heç bir xəbər yoxdur”.

Daha çox göstər
Back to top button