
Bu, ideoloji qabaqcadan yönəltməyə əsaslanan tamamilə mənasız bir paraleldir. Bu haqda Rusiyanın Xarici və müdaifə siyasəti şurasının sədri, siyasətçi Fyodr Lukyanov Rusiya üçün Ermənistan və Ukrayna proseslərinin oxşarlığı barədə müxtalif ekspertlərin ardıcıl bəyan etdiyi sualını cavablandırarkən müxbirlə söhbətində bildirib.
“Ukrayna Rusiya üçün çox xüsusi, unikal hadisədir. Bizdən müxtəlif dərəcələrdə məsafədə olan tarixi mövzulardan tutmuş qlobal miqyaslı məsələlərə qədər mümkün olan hər şeyin mahiyyətidir.
Xüsusilə Rusiyanın Soyuq müharibədən sonra formalaşmış tendensiyanı dəyişmək cəhdləri. Avro-Atlantika institutu onun apoteozuna çevrildi və Rusiya buna reaksiya verdi”-deyə o, vurğulayıb.
Siyasətçi bu amillərdən heç birinin Ermənistana aid olmadığını hesab edir.
“Deməli, qalan bütün spekulyasiyalar sıfırdan sensasiya yaratmaq cəhdlərdir”-deyə o, qeyd edib.
Lukyanov əlavə edib ki, Ermənistanın Baş naziri bir müddət əvvəl dövlətçiliyin yenidən başlamasını bəyan edib və həmin bəyanatlar Rusiya ilə münasibətlərə aid deyil, 1991-ci ildən Ermənistanın dövlətçiliyinin qurulduğu əsaslarla bağlıdır.
“Həqiqətən, vəziyyət dəyişib və bu, xüsusilə Ermənistanın timsalında özünü açıq-aşkar göstərir. Bu yeni kontekstdə həm Ermənistan, həm Rusiya, həm də ətrafdakı hər kəs üçün hər şey fərqlidir.
Həm Türkiyə başqadır, həm Azərbaycan başqadır və s. Müvafiq olaraq, əvvəlki münasibətlər modeli artıq davam edə bilməz. Ona görə də hər kəs bundan sonra nə olacağını anlamağa çalışır”.







