BaşlıcaSiyasət

Azərbaycan Xarici İşlər Nazirliyi birmənalı olaraq Ermənistandan Konstitusiyanın dəyişdirilməsini tələb edir

Azərbaycan növbəti dəfə Ermənistandan Konstitusiyanın dəyişdirilməsini tələb edib. Bu dəfə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə “xora qoşulub”.

APA məlumat verir ki, Hacızadə xüsusi olaraq bildirib: “Ermənistan Konstitusiyasında və qanunvericilik aktlarında ərazi bütövlüyümüz və suverenliyimizə qarşı iddiaların aradan qaldırılması zəruridir”.

“Ermənistan tərəfi anlamalıdır ki, bölgədə sülh və sabitliyin təminatının yolu ərazi bütövlüyünün və suverenliyin təsdiq olunması və hörmət edilməsi əsasında qonşu ölkələrlə münasibətlərin qurulmasından və sülhün bərqərar olunması üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir”.

Çox güman ki, bütün Ermənistan ərazisinə iddialı olan Azərbaycan öz konstitusiyasında heç bir problem görmür.

Daha çox göstər
Back to top button