
ABŞ dövlət katibi Entoni Blinken Ermənistanın Baş naziri Nikol Paşinyanla Münhendə söhbəti səmərəli adlandırıb.
Alınan xəbərə görə,bu haqda Blinken özünün X mikrobloqunda yazıb.
“Bu gün mən Ermənistanın Baş naziri Paşinyanla Ermənistan və Azərbaycan arasında sülh prosesini necə dəstəkləyə biləcəyimiz və ikitərəfli münasibətlərimizi necə gücləndirə biləcəyimiz barədə məhsuldar söhbət etdim” – deyərək ABŞ dövlət katibi qeyd edib.
Paşinyan və Blinken Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşüblər. Konfrans çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan, Almaniya kansleri Olaf Şolts və Azərbaycan prezidenti İlham Əliyevin üçtərəfli görüşü də keçirilib.







