
Ermənistan hökuməti hərtərəfli təhlükəsizlik və müdafiə sisteminin tətbiqi məsələsini müzakirə edir.
“Armenpress”in məlumatına görə, bunu baş nazir Nikol Paşinyan Münhen və ətraf rayonlardakı erməni icmasının nümayəndələri ilə görüşündə Azərbaycanın Ermənistana qarşı Syunik rayonunun Nerkin Hand qəsəbəsi ərazisində təcavüzünə toxunaraq deyib.
“İndi biz hərtərəfli təhlükəsizlik və müdafiə sistemini müzakirə edirik, bunun mənası ondan ibarətdir ki, biz mümkün qədər geniş kütləni ölkənin təhlükəsizliyində iştiraka cəlb etsək. Burada yaş problem deyil, düşünürəm ki, biz çalışmalıyıq ki, sırf hərbi nizam-intizam və məntiq etirazsız olsun”, – Paşinyan bildirib.







