BaşlıcaSiyasət

Ermənistan və Litvanın Müdafiə nazirləri əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər

Almaniya Federativ Respublikasına işgüzar səfəri çərçivəsində ER Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Müdafiə naziri Suren Papikyan Litvanın Milli müdafiə naziri Arvidas Anuşauskas ilə görüşüb.

Bu  haqda  ER Müdafiə nazirliyinin mətbuat katibi Aram Torosyan Facebook səhifəsində məlumatlandırıb

“Görüş ərzində  iki ölkə arasında əməkdaşlığın gedişatı və inkişaf perspektivləri müzakirə olunub. Əməkdaşlığın, o cümlədən Avropa Birliyi və NATO çərçivəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı bir sıra razılaşmalar əldə olunub.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələləri, o cümlədən regional təhlükəsizlik məsələlərini müzakirə ediblər” – deyə Müdafiə nazirliyinin mətbuat katibi bildirib.

Daha çox göstər
Back to top button