
Noyabrın 9-da imzalanmış sənəddə Rusiyanın ER-də nəyəsə nəzarət etməsinə dair heç bir bənd yoxdur. Bu barədə Nikol Paşinyan fevralın 18-də Münhen və qonşu regionlardakı erməni icmasının nümayəndələri ilə görüşü zamanı deyib.
“Noyabrın 9-dakı sənəddə Rusiyanın ER-də nəyəsə nəzarət etməsinə dair heç bir bənd yoxdur, belə bir şey yazılmayıb. Hələ Azərbaycan və Rusiya üçtərəfli bəyanatın qalan bəndlərini cızıb, kənara atıblar, 9-cu bəndə istinad artıq aktual deyil, çünki həm Azərbaycan, həm də Rusiya öz öhdəliklərini pozublar. Necə ola bilər ki, qalan bəndlər mövcud deyil, lakın bu bir bənd mövcuddur?
Bu gün Dağlıq Qarabağda erməni yoxdur və bu, həm də məqsədi Dağlıq Qarabağ ermənilərini qorumaq olan Rusiya sülhməramlı qüvvələrinin üzərinə düşür”.







