ArtsaxBaşlıcaSiyasət

Bu gün Artsax hərəkatının 36-cı ildönümüdür

1988-ci ildə fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin deputatlarının XX Şurasının növbədənkənar sessiyası “erməni əhalisinin istəklərini dərindən dərk etmək” və Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibindən Ermənistan SSR-ə verilməsi məsələsini həll etmək, eyni zamanda SSRİ Ali Soveti Şura qarşısında Dağlıq Qarabağın Azərbaycan SSR-dən Ermənistan SSR-ə verilməsi vasitəçilik etmək məsələsini müsbət həll etmək xahişi ilə Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə müraciət etmək qərarını alıb.

Fevralın 27-29-da Azərbaycanın Sumqayit şəhərində erməni əhalisinə qarşı qətl, zorlama, soyğunçuluq müşayiət olunan kütləvi qırğın təşkil edilib. Sonra erməni qırğınları dalğası bütün Azərbaycana yayıldı.

Yerevanda Dağlıq Qarabağ əhalisinin ədalətli tələbinə dəstək məqsədilə irimiqyaslı mitinqlər başlayıb.

1988-ci ilin mart ayında Dağlıq Qarabağda Artsax ermənilərinin azadlıq hərəkatını koordinasiya edən “Krunk” təşkilatı yaradıldı. 1988-ci ilin iyunun 13-də Azərbaycan SSR Ali Sovetinin sədrliyi Dağlıq Qarabağ ermənilərinin vilayəti Azərbaycan SSR-dən Ermənistan SSR-ə verilməsi tələbini təmin etməkdən qəti şəkildə imtina etdi. İki gün sonra Ermənistan SSR Ali Soveti “Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi ilə bağlı” razılıq verdi.

1988-ci ilin iyulun 12-də Dağlıq Qaranağ Muxtar Vilayətinin XX çağırış Xalq Deputatları Şuranın 8-ci iclası Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-in tərkibindən çıxdığını elan etdi.

Yaradılan vəziyyətdə 1989-cu ildə SSRİ Ali Sovetinin sədrliyi 12 yanvar fərmanı ilə Dağlıq Qarabağda müvəqqəti olaraq xüsusi idarəetmə forması tətbiq etdi. Fərmana əsasən, Dağlıq Qarabağ Xalq Deputatları Şuraslnln və onun icraiyyə komitəsinin səlahiyyətləri Şuranın yeni üzvlərinin seçkiləri keçirilənədək dayandırılıb. Onun səlahiyyətləri tam olaraq SSRİ-nin Ali dövlət hakimiyyəti və idarəetmə orqanlarına birbaşa tabe olan yeni yaradılmış Dağlıq Qarabağ Xüsusi İdarəetmə Komitəsinə (DQMK) verildi.

Dağlıq Qarabağ Xüsusi İdarəetmə rəhbərliyi öz üzərinə götürən Arkadi Volski Qarabağ iqtisadiyyatının inkişafı yolu ilə gərginliyin azaldılmasını, Dağlıq Qarabağla Ermənistan arasında güclü iqtisadi və mədəni əlaqələrin qurulmasını, erməni əhalisinə qarşı ayrı-seçkiliyin qarşısının alınmasını təklif etib.

Dağlıq Qarabağda hökumətin qanuni yolla seçilən orqanlarını əvəz edən Dağlıq Qarabağ Xüsusi İdarəetmə Komitəsi eyni zamanda vilayətin iqtisadi həyatını idarə etmək imkanından məhrum idi. Dağlıq Qarabağa ayrılan vəsait Azərbaycan rəhbərliyi tərəfindən idarə olunurdu. Xüsusi İdarəetmə Komitəsinin Azərbaycan tərəfindən Dağlıq Qarabağın blokadasını aradan qaldırmaq və ya ən azı yumşaltmaq cəhdləri də nəticəsiz idi.

Rayonlardakı strukturların ləğvi qərarı Dağlıq Qarabağ Muxtar Vilayətində mənfi qarşılanıb, çünki bu addım tam dialoq imkanlarına mane olub. Çözüm kimi 1918-1920-ci illərdə Qarabağda faliyyət göstərən Milli Şuradan nümunə götürərərk Milli Şura yaradıldı.

Respublikaların suverenliyinin əldə edilməsi prosesi başlayandan sonra SSRİ-nin mərkəzi orqanlarının Qarabağ məsələsinin həlli yolunda təvazökar cəhdləri Artsax xalqının iradəsinin ifadəsini boğmaq kimi birmənalı mövqe ilə əvəz olundu.

Noyabrın 28-də SSRİ Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Xüsusi İdarəetmə Komitəsi ləğv olunub və onun yerində Respublika təşkilat komitəsi yaradıldı, buna Azərbaycan Mərkəzi Komitənin 2-ci katibi Viktor Polyaniçko rəhbərlik etib.

SSRİ Ali Sovetinin həmin qərarı həm Qarabağda, həm də Ermənistanda son dərəcə mənfi reaksiya doğurdu. Buna cavab olaraq Dağlıq Qarabağda minlərlə nümayiş keçirilib, bu nümayişlər zamanı sözügedən qərarı boykot etmək, İttifaq hakimiyyəti ilə əməkdaşlıqdan imtina etmək çağırışlar, Dağlıq Qarabağın Milli Şurasına və Ermənistan Ali Sovetinə Ermənistanın və Dağlıq Qarabağın birləşməsini tələb edən qətnamələr qəbul edilib.

Bütün bunlar 1989-cu ilin dekabrın 1-də Yerevanda Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının birgə keçirilən iclasında qəbul edilmiş “Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi haqqında” qərarda öz əksini tapıb.

Daha çox göstər
Back to top button