
ER Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronu 2024-cü ilin sentyabrında Şarl Aznavurun 100 illiyinə həsr olunmuş qala-konsertdə iştirak etmək üçün Ermənistana dövlət səfərinə dəvət edib.
Paşinyan bu barədə Fransa Prezidenti ilə KİV-nin nümayəndələrinə birgə bəyanatı ərzində bildirib.
“Ümid edirəm ki, sentyabrda Yerevanda Şarl Aznavurun 100 illiyinə həsr olunmuş qala-konsertdə birlikdə iştirak edəcəyik. Cənab Prezident, mən Ermənistan Respublikasına dövlət səfəri ilə dəvətimi bir daha vurğulamaq istərdim” – deyə ER Baş naziri Nikol Paşinyan bəyan edib.







