BaşlıcaSiyasət

XİN regionda sabitliyin təmin edilməsində Aİ-nin müşahidə missiyasının əhəmiyyətini vurğuladı

ER xarici işlər nazirinin mətbuat katibi Ani Badalyan Aİ-nin Ermənistandakı müşahidə missiyasının regionda sabitliyin təmin edilməsində əhəmiyyətini vurğulayıb.

Bu barədə XİN mətbuat katibi X mikrobloqunda yazıb.

“Bu gün biz Avropa İttifaqının tərəfdaşları ilə birlikdə Aİ-nin Ermənistanda müşahidə missiyasının fəaliyyətinin birinci ildönümünü qeyd edirik. Bu da Ermənistan-Aİ tərəfdaşlığının dərinləşməsinin ən parlaq nümunələrindən biridir.

Bu, Ermənistan, Aİ və onun üzv dövlətlərinin qarşılıqlı maraqlarını göstərir. Biz həmçinin missiyanın regionda sabitliyin təmin olunmasına mühüm töhfəsini vurğulayırıq”, – Badalyan yazıb.

Daha çox göstər
Back to top button