
Fevralın 23-də ER müdafiə naziri Suren Papikyan və Fransanın silahlı qüvvələr naziri Sebastyan Lekornu arasında təkbətək söhbəti olub. Daha sonra geniş tərkibdə nümayəndə heyəti ilə görüş keçirilib.
Görüş zamanı tərəflər müdafiə sahəsində əməkdaşlıq sahəsində görülən işləri yekunlaşdıraraq, əməkdaşlığın gedişindən və nəticələrindən məmnunluqlarını ifadə ediblər. Eyni zamanda, əməkdaşlığın bir sıra yeni istiqamətləri müəyyən edilib.
Nazirlər ER silahlı qüvvələrinin islahatları çərçivəsində Ermənistan-Fransa hərbi-texniki əməkdaşlığına və onun uzunmüddətli institusional əsasda qurulması səylərinə əhəmiyyət verib.
Tərəflər hərbi təhsil, döyüş hazırlığı, müxtəlif təlimlər, məsləhət və ekspert dəstəyi məsələlərinə xüsusi diqqət yetriblər. Görüşdə hərbi-texniki əməkdaşlığın gedişi və onun davamlılığının təmin edilməsi istiqamətində görüləcək addımları da müzakirə olunub.
Suren Papikyan və Sebastyan Lekornu regional təhlükəsizlik məsələləri ilə bağlı da fikir mübadiləsi aparıblar.
Nazirlər vurğulayıblar ki, Ermənistan-Fransa müdafiə əməkdaşlığı və birgə səyləri Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və sabitliyin bərqərar olmasına, habelə müstəqilliyin və ərazi bütövlüyünün möhkəmləndirilməsində ER silahlı qüvvələrinin müdafiə qabiliyyətinin inkişafına yönəlib.







