
Fransanın Müdafiə naziri Sebastyan Lekorn yaxın vaxtlarda Ermənistana səfər edəcək, bu haqda nazir RTL radiostansiyasının efirində bildirib.
“Bizim borcumuz Ermənistana onun ərazi bütövlüyünü və özünümüdafiəsini təmin etməkdə kömək etməkdir. “Mən parlamentarilərdən və sənayeçilərdən ibarət böyük nümayəndə heyəti ilə birlikdə tezliklə Ermənistana gedəcəyəm” – deyərək nazir bildirib.
“Fransa dost ölkə olan Ermənistana hərbi texnikanı yalnız müdafiə məqsədi ilə verir” – deyə o, qeyd edib.
ER Müdafiə naziri Suren Papikyan da “Müqavimət hərəkatı”nın erməni qəhrəmanı Misak Manuşyanın qalıqlarının dəfn edilməsi mərasimində iştirak etmək üçün Baş nazir Nikol Paşinyanla birlikdə Fransaya iki günlük işgüzar səfərə gedib.







