
Ermənistanın KTMT-yə üzvlüyü dondurulub. Bunu fevralın 26-da jurnalistlərlə söhbətində parlamentin “Mülki müqavilə” fraksiyasının deputatı Andranik Koçaryan deyib.
“Dondurulmuş” sözü dönüdürülüb deməkdir”, – o vurğulayıb.
Ukrayna prezidenti Vladimir Zelenskinin Ermənistana səfəri ilə bağlı xəbərlərə toxunan Andranik Koçaryan bunu şərh etməyib.
Xatırladaq ki, fevralın 23-də Ermənistanın baş naziri “France24” telekanalına müsahibəsində bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Ermənistana münasibətdə öhdəliklərini yerinə yetirilməyib, ona görə də Yerevan təşkilatda (KTMT) iştirakını dondurub.







