BaşlıcaSiyasət

Fransa Azərbaycanın  təhrifedici kampaniyasının hədəfinə necə çevrildi: Fransa 24

Azərbaycanda Fevralın 7-də keçirilmiş prezident seçkiləri prezident İlham Əliyevə 92% səslə təəccüblü və maneəsiz qələbə gətirib.

Ən azı on ildə ilk dəfə olaraq beynalxalq müşahidəçilərin komandasında Fransa nümayəndələri olmayıb. Əliyev ölkə hökuməti və seçki sisteminə nəzarəti gücləndirdikcə beynəlxalq müşahidəçilər qrupunda Qərbi Avropa vətəndaşlarının sayı azalıb. Lakin Almaniya, Avstriya, İspaniya və İtaliyanın bir neçə vətəndaşı müşahidəçilər missiyasına daxil edilib.

Fransanın müşahidə misiyasında olmaması Fransa və Azərbayca arasında olan fikir ayrılıqlarının nəticəsidir. Keçmiş sovet respublikasına seçki müşahidəçiləri kimi səfər edən fransalı parlamentarilər bu haqda artıq eşitmək istəmirlər. “Sistemli şəkildə 80%-dən çox səslə seçilən bir prezidentiniz varsa, mən bunu azad və ədalətli seçki adlandırmazdım”- deyə 2018-ci il prezident seçkilərində Fransa nümayəndə heyətinin üzvü olan, Fransanın Şərqi Bas-Rhin bölgəsindən olan senator Klod Kern bildirib.

Fransa digər avropalı ölkələr kimi artıq çoxdan “kürü diplomatiyası” adlananın obyektinə çevrilib. Bu termin on ildən artıqdır ki, ekspertlər və jurnalistlər tərəfindən neftlə zəngin Azərbaycanın xüsusilə səxavətli və özünəməxsus lobbiçilik strategiyasını təsvir etmək üçün istifadə olunur.

Keçmişdə Fransa Bakının siyasi elitası üçün xüsusi yer tuturdu. Fransa ABŞ və Rusiyanın da daxil olduğu ATƏT-in Minsk qrupunun üzvüdür. Beləliklə, Fransa Bakıda Avropanın mühüm dövləti hesab olunurdu ki, ona pərəstişkarlıq etməyə və öz tərəfində saxlamağa çalışırdı. Bu, Azərbaycan üçün xüsusilə vacibdir, çünki Bakı çoxdan Fransadakı erməni icmasının Fransanın hökumət dairələrində böyük təsirə malik olduğuna inanır.

2020-ci ilin Sentyabrında Dağlıq Qarabağda baş vermiş müharibə ikitərəfli fikir ayrılığının başlanğıcı oldu. İki il sonra Fransa Prezidenti Emmanuel Makron France 2 televiziyasına müsahibəsində deyib ki, Fransa “erməniləri heç vaxt tərk etməyəcək”.

Fransa Prezidentinin sözləri Bakı tərəfindən diplomatik sillə kimi qiymətləndirilib.

Fransanın bu dəstəyi 2023-cü ilin Oktyabrında Fransanın xarici işlər naziri Ketrin Kolonnanın Ermənistana səfərindən sonra formalaşmağa başladı və o, “Fransa Ermənistanla gələcək müqavilələr bağlamağa razılaşdı ki, bu da Ermənistana hərbi texnikanın tədarükünü həyata keçirmək imkanı verəcək ki, Ermənistan öz mühafizəsini təmin etsin”.

Daha sonra Azərbaycanda getdikcə 180 dərəcə dönüşü xatırladan diplomatik keçid başladı.

2023-cü ilin Noyabrında Parisdə 2024-cü il Olimpiya oyunlarının təşkilini çox tənqid edən bir video ortaya çıxdı və Fransada KİV-də ajiotaja səbəb oldu. Fransanın xarici rəqəmsal müdaxilədən qorunma üzrə dövlət agentliyi olan VIGINUM-un məlumatına görə, bu, Azərbaycanla əlaqələri olan kampaniya olub.

Digər paralel yolda Azərbaycan “Bakı Təşəbbüs qrupu” adlı yeni strukturun iddialarını irəli sürür. Onun üzvləri, Fransa Qvianası, Martinika, Yeni Kaledoniya və Qvadelupa kimi Fransanın xarici ərazilərindən və bölgələrindən olan müstəqillik uğrunda döyüşçüləri Fransanın “müstəmləkəçiliyini” və “neokolonializmini” pisləyir və “dekolonizasiya”ya çağırırlar.

Daha çox göstər
Back to top button