ArtsaxBaşlıcaSiyasət

Xarici İşlər Nazirliyi Sumqayit qırğınlarının 36-cı ildönümü ilə bağlı bəyanat yayıb

ER Xarici İşlər Nazirliyi Sumqayit qırğınlarının 36-cı ildönümü ilə bağlı bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, 1988-ci ildə fevralın 27-də Sovet Azərbaycanı rəhbərliyinin təşəbbüsü ilə Sumqayitin erməni əhalisinə qarşı zorakılıq, vəhşilik, zorla itkin düşmə, insan hüquqların kütləvi şəkildə pozulması halları ilə müşayiət olunan qırğınlar başlandı. Yüzlərlə erməni, o cümlədən qadınlar, uşaqlar və qocalar öldürüldü, minlərlə erməni məcburi köçkün düşdü.

“Sumqayıt faciəsinin sonra Kirovabadda, Bakıda və Azərbaycanın digər yerlərdə yaşayan ermənilərin kütləvi qırğınları baş verdi. Bu zəncirvari hadisələr, eləcə də ondna əvvəl Naxçıvan ermənilərsiz qalması göstərdi ki, qeyd olunan cinayətlər millətçiliyə əsaslanan ayrı-ayrı zorakılıq epizodları deyil, dövlət tərəfindən planlaşdırılan və həyata keçirilən erməni nifrət siyasətinin müntəzəm təzahürləridir. Həmin siyasət nəticəsində 500 minə yaxın etnik erməni Sovet Azərbaycanından zorla çıxmaq məcburiyyətində qalıb.

Bu hadisələr təkcə erməni əhalisini hədəf almayıb, həm də erməni irsinin və ümumən erməni izinin aradan qaldırılması üçün əvvəlccədən planlaşdırılmış hərəkətlərlə müşayiət olunurdu.

Artıq 21-ci əsrdə tam cəzasızlıq şəraitində Azərbaycan Dağlıq Qarabağın yerli ermənilərini terrora, qeyri-insani mühasirələrə, aclıqdan öldürməyə və güc tətbiqi yolu ilə Dağlıq Qarabağın tamamilə ermənilərsiz qalması, etnik təmizləməyə məruz qoyulması bu siyasətinin davamı idi. BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin verdiyi üç qanuni məcburi qərara baxmayaraq tamamlandı.

Azərbaycan bu gün də öz nəzarəti altında  erməni dini və tarix-mədəniyyət abidələrini təhqir etmək, vandalizmə məruz qoymaq və məhv etməklə erməni izini məhv etmək  siyasətini davam etdirir. 

Bu gün də Ermənistan Respublikasına qarşı davam edən ksenofobiya və düşmənçilik siyasəti yüksək səviyyəli nifrət nitqi, təhdidlər və aqressiv ritorika ilə müşayiət olunur.  Bu da xalqlar arasında düşmənçiliyin aradan qaldırılmasına, regionda sülh və sabitliyin bərqərar olmasına əngəl törədir. 

Beynəlxalq ictimaiyyət baş vermiş kütləvi cinayətlərə mvafiq qiymət verməli və belə cinayətlərin təkrarlanmasının qarşısını almaq üçün bütün mövcud mexanizmləri işə salmalı və Ermənistanın Cənubi Qafqazda ləyaqətli və davamlı sülhə nail olmaq üçün səmimi səylərinə töhfə verməlidir”,- bəyanatda deyilir.

Daha çox göstər
Back to top button