BaşlıcaBeynəlxalq

Andryus Kubilius: “Ermənistan təhlükəsizlik baxımından Rusiyadan asılılığını azaltmaq naminə siyasi iradə nümayiş etdirir”

Avropa Parlamentinin deputatı, Litvanın keçmiş Baş naziri Andrus Kubilius Avropa Parlamentinin sessiyasında Ermənistan-Avropa Birliyi münasibətlərindən danışıb.

“Biz görürük ki, Ermənistan Baş nazir Nikol Paşinyanın rəhbərliyi altında təhlükəsizlik baxımından Rusiyadan asılılığını azaltmaq üçün aydın siyasi iradə nümayiş etdirir.

Onu da xatırlayırıq ki, ötən il oktyabrın 17-də cənab Paşinyan Ermənistanın Avropaya mümkün qədər yaxın olmaq istədiyini demişdi.

Baş nazir Nikol Paşinyanın bu ölkəni Avropa Birliyinə yaxınlaşdıran cəsarətli bəyanatını və addımlarını alqışlayırıq.

Avropa Parlamenti siyasi cavab verməli, Ermənistanla real münasibətlərin gələcəyi üçün iddialı gündəm təklif etməlidir.

Biz Ermənistanı inteqrasiyanın tam üstünlüklərindən istifadə edərək Avropa ailəsinin bir hissəsi kimi görmək istəyirik.

AB Ermənistanı AB-nə  yaxınlaşmasına, o cümlədən namizəd statusuna hazırlamaq üçün addım-addım geniş yol xəritəsi hazırlamalıdır.

Digər tərəfdən, Rusiyanın Ermənistanın bu cür cəsarətli davranışına qəzəbli reaksiya verəcəyi və bunun Ermənistan üçün təhlükəsizlik və iqtisadi problemə çevriləcəyi açıqdır.

Ermənistana AB və Qərb demokratiyasından təminat lazımdır və AB Rusiyanın Ermənistan qarşısında qoyduğu iqtisadi çağırışları qəbul etməlidir.

Ermənistanın Avropa perspektivi sabitliyin bərqərar olması üçün yeganə yoldur. Bu, Azərbaycan üçün də faydalı olacaq” – deyə Avropa Parlamentinin deputatı bildirib.

Daha çox göstər
Back to top button