BaşlıcaSiyasətTəhlil

Ermənistanın təhlükəsizlik siyasətinin əsas ideologiyası qonşularla problemlərin nizamlamasıdır: Şərqşünas

Ermənistanın təhlükəsizlik siyasətinin əsas ideolgiyası bütün problemli münasibətlərin, xüsusilə qonşularla problemlərin nizamlamasıdır. Fransa isə Yerevanla çoxvektorlu siyasətinin dərinləşdirilməsi perspektivinə reaksiya verənlərdən yeganəsidir. Bu barədə Şərqşünas, tarix elmləri namizadi Armen Petrosyan Cənubi Qafqazda baş verən inkişaflara dair  türkiyalı BirGün nəşri ilə söhbətində belə qiymətləndirmələr verib.

“2020-ci ilin müharibəsi və xüsusilə Ukrayna müharibəsi başlayandan sonra daha iddialı və təhlükəli xarakter alan sonrakı təcavüzkar hərəkətlər göstərib ki, Ermənistanın təhlükəsizlik siyasətinə yenidən baxılmalı və sistemli şəkildə dəyişdirilməlidir.

Məsələ ondadır ki, Yerevan onilliklər ərzində Moskva ilə çoxsahəli əməkdaşlığa əsaslanan tək mərkəzləşdirilmiş təhlükəsizlik sistemi qurub. Bu arada bir çox obyektiv və subyektiv səbəblərdən bu sistem kifayət qədər işləmir ki, bunun nəticədə Ermənistan və erməni xalqı strateji xarakterli itkilər verib.

Ona görə də belə şəraitdə Ermənistanın təhlükəsizlik siyasətinin məzmununun dəyişdirilməsinə ehtiyac var idi. Və bu məqsədin əsas prinsipi bir mərkəzlə maksimum uyğunlaşdırılmış təhlükəsizlik mexanizmlərinin formalaşdırılması deyil, çoxfaktorlu məntiqə, müxtəlif istiqamətlərdə və müxtəlif aktorlarla maraqların birləşməsinə əsaslanan diversifikasiya siyasəti təsdiqlənib” – deyə Petrosyan bildirib.

Ekspertin fikrincə, Ermənistanın təhlükəsizliyi üçün təbii ki, müxtəlif vaciblik olan, lakin əjəmiyyətli amillər var. “Məsələn, Rusiya ilə davam edən çoxvektorlu əməkdaşlıq, AB, ABŞ, bir çox ərəb ölkələri ilə siyasi və iqtisadi sahələrində əlaqələrin dərinləşdirilməsi üçün yeni imkanlar, AB-nin mülki müşahidə missiyasının fəaliyyətə başlaması, Hindistanla siyasi və hərbi sənaye  sahəsində əməkdaşlıq, İranla iqtisadi, infrastruktur, təhlükəsizlik sektorunda yeni perspektivlər və s.”

Ermənistanın ümumi siyasətinin öz suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını təmin etməyə yönəldiyi kontekstdə Ermənistan-Fransa əməkdaşlığına toxunan Petrosyan qeyd edib ki, “Fransaya gəlincə, Paris Yerevanla hərbi və təhlükəsizlik siyasəti də daxil olmaqla çoxvektorlu siyasətin dərinləşdirilməsi perspektivinə ilk reaksiya verənlərdən biri olub. Ümumiyyətlə, real mənzərə odur ki, bugünkü dünya üçün səciyyəvi olan təbliğat qarşıdurması fonunda ölkəmizin qeyri-dostları tərəfindən çox vaxt məqsədli şəkildə Yerevanın geosiyasi vektoru dəyişmək siyasəti kimi təqdim edilir”.

Mütəxəssis çıxışını belə yekunlaşdırıb: “Ermənistanın təhlükəsizlik siyasətinin əsas ideyalogiyası bütün problemli münasibətlərin, xüsusən də qonşularla problemlərin nizamlamasıdır. Bu isə Azərbaycanla sülh müqaviləsi imzalamaq, Türkiyə ilə münasibətləri tənzimləmək deməkdir. Problemlər həll olunarsa, bu, Ermənistanın təhlükəsizlik siyasətinin aparıcı prioritetlərinə, bütün regionun sülh yolu ilə inkişaf perspektivinə birbaşa təsir edəcək”.

Daha çox göstər
Back to top button