
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü Rand Paul 2020-ci ildə Ermənistan və Dağlıq Qarabağa qarşı hücumlarda Türkiyə və Azərbaycanın F-16-lardan istifadə etməsini pisləyib.
Bu barədə Hay Dat məlumat yayıb.
Senator F-16-ların və digər müdafiə təyinatlı məhsulların Türkiyə hökumətinə satışının Konqresin qəbul edilməməsi ilə bağlı qətnamənin qəbuluna çağırıb.
O, F-16-ların Türkiyəyə satışını əngəlləyən bir çox səbəblər arasında Ermənistan Müdafiə Nazirliyinin 29 sentyabr 2020-ci ildə Türkiyənin F-16 təyyarəsinin Ermənistan hava məkanında Ermənistana məxsus SU-25 təyyarəsini vurması ilə bağlı iddiasını xatırladıb.
“Deməli, bizim təyyarələrimiz, türklərə verdiyimiz F-16-lar faktiki olaraq Ermənistanla müharibədə istifadə olunur”, – senator bildirib.
O, 2020-ci il müharibəsində və 2023-cü ildə Azərbaycanın növbəti hərbi əməliyyatlarında minlərlə insanın həlak olduğunu, humanitar fəlakət yaratdığını, 100 mindən çox insanın məcburi köçkünə çevrildiyini vurğulayıb.







